HAQQIMIZDA

PLASTİKİN GÜCÜ

0
Quruluş İli
0
İstehsal Sahəsi
0 Ton
Aylıq Güc
0+
İllik Təcrübə
Tariximiz

Sənayenin Lideri

2015-ci ildən fəaliyyət göstərən “Polymart” MMC plastik boru sistemləri sahəsində Azərbaycanın aparıcı istehsal və təchizat şirkətlərindən biridir. Şirkət fəaliyyətə plastik, PVC və polietilen boruların istehsalı ilə başlamış, qısa müddətdə müasir sənaye infrastrukturu və geniş distribusiya şəbəkəsi formalaşdıraraq regional bazarda etibarlı tərəfdaşa çevrilmişdir.

Bu gün “Polymart” MMC-nin tərkibində 3000 m² istehsal sahəsinə malik zavod, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən nümayəndəliklər, satış mağazaları və mərkəzi idarəetmə ofisi fəaliyyət göstərir.

Factory
Production
İstehsalat

Yüksək Texnologiya

İstehsal müəssisəsində Almaniya, Avstriya və İtaliya texnologiyaları əsasında qurulmuş yüksək texnoloji avadanlıqlardan istifadə olunur. Bu infrastruktur “P-Plast” markası altında beynəlxalq standartlara uyğun qaz boruları, su boruları, PVC və polietilen borular eləcə də müxtəlif təyinatlı fitinq və birləşdirici elementlərin istehsalına imkan yaradır.

Missiyamız və Hədəflərimiz

Regionun Etibarlı Sənaye Brendi

“Polymart” MMC-nin əsas məqsədi müasir texnologiyalar və dayanıqlı istehsal prinsipləri əsasında regionun etibarlı sənaye brendlərindən biri olmaqdır.

Davamlı inkişaf strategiyasını əsas prioritet kimi müəyyən edən şirkət müştərilərinə innovativ, uzunömürlü və effektiv həllər təqdim etməyi qarşısına məqsəd qoyur.

Zoom