imgi_6_news_63e13de46fe96
Yeniliklər və məqalələr 13 May 2026

Neft və Sənaye Universiteti ilə “Polymart” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Polymart” MMC ilə görüş keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin rektoru professor Mustafa Babanlı əməkdaşlıq istiqamətlərindən söz açıb. Müəssisələrlə əlaqələrin bir çox sahələrin, xüsusilə də tələbələrin gündəlik təcrübə keçməsinin önəmini vurğulayan rektor birgə tədris proqramlarının, praktiki mövzuların və yol xəritəsinin tərtib olunmasında elmlə təcrübənin tətbiqinin zəruriliyindən danışıb.
“Polymart” MMC-nin təsisçisi və Baş icraçı direktoru Rəşad Cabirli şirkət haqqında məlumat verib və universitetlə bir çox sahələr üzrə genişmiqyaslı əməkdaşlıq imkanlarının olduğunu bildirib.
Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən universitetin elmi-təcrübi layihələrinin istehsalatda təcrübi məqsədlərlə tətbiqi, yeni məhsulların birgə istehsalının təşkili, tələbələr üçün istehsalat və ya könüllü təcrübə proqramlarının həyata keçirilməsi, həmçinin qarşılıqlı elmi-praktik fəaliyyət nəzərdə tutulur.

Xəbər linkinə keçin- azertag.az

Xəbər linkinə keçin

Paylaş:

Digər Xəbərlər

Bütün Xəbərlər

Digər xəbər tapılmadı.